03-05 fevral 2023-cü il tarixlərində Kiprin Larnaka şəhərində karate (WKF) üzrə yeniyetmə və gənclər arasında 50-ci Avropa çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, 48 ölkədən 1114-ə yaxın idmançının qatıldığı mötəbər yarışda milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirməsi Aysu Əliyeva (-59 kq) bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olmuşdur.

Qeyd edək ki, Aysu Əliyevanın məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rövşən Allahverdiyevdir.