Super Liqa klubu 3 futbolçusunu heyətdən kənarlaşdırdı
- 26 Noy 2019 11:21
- 745
Türkiyənin “Kayserispor” klubunun rəhbərliyi üç futbolçunu heyətdən kənarlaşdırıb.
Rekord.az xəbər verir ki, buna komandanın Super Liqanın cari mövsümündəki uğursuz çıxışı səbəb olub.
Klubun mətbuat xidmətinin rəhbəri Mustafa Tokgöz yerli mediaya açıqlamasında son turda “Sivasspor”a 1:4 hesablı ev məğlubiyyətindən sonra radikal qərarlar verdiklərini bəyan edib:
“Kayserispor” çox çətin bir mövsüm keçirir. Cari mövsümdə artıq 3 prezident, 3 baş məşqçi dəyişdirmişik. Komandaya gəlincə, Pol-Corc Ntep, Adrian Tavares və Bilal Başaçıkoğlu əsas komandadan uzaqlaşdırıldı. “Sivasspor”la oyundan sonra azarkeşlərlə dalaşan maçından Bilala pul cəriməsi də kəsiləcək. Üstəlik, baş məşqçi Bülent Uyğundan icazə alıb, digər futbolçularla da tək-tək söhbətlər aparacağıq”.
Qeyd edək ki, “Kayserispor” Super Liqada 12 oyuna topladığı 7 xalla sonuncu pillədə qərarlaşıb.