Super Liqa klubu baş məşqçisini qovdu
- 31 Dek 2019 17:30
- 780
Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Stephan Tomasla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Antalyaspor” Tomasın rəhbərliyi altında çıxdığı 6 oyunda 3 dəfə heç-heçə edib, 3 dəfə də məğlub olub. Xorvat mütəxəssis noyabrda Super Liqa təmsilçisində baş məşqçi postuna gətirilmişdi.
“Antalyaspor” Super Liqada 14 xalla 16-cı sırada yer alır.