Super Liqa klubu braziliyalı hücumçu ilə gücləndi
- 07 Yan 2020 22:00
- 748
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı Rocerio Turamı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Yunanıstanın “PAS Lamia” klubunda forma geyinmiş 28 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 99 nömrəli formanı geyinəcək.
Mövsümün geridə qalan hissəsində “PAS Lamia”da 15 oyuna çıxan Turam, 6 qola imza atıb.