Super Liqa klubu yeni hücumçu aldı
- 21 Yan 2020 14:20
- 894
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi hücumçu Jerar Qounu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahilindən olan 31 yaşlı forvard Çinin “Beijing Enterprises” klubundan transfer olunub. Tərəflər 1,5+2 illik müqaviləyə imza atıblar.
Qou əvvəllər də Türkiyədə oynayıb. O, bu ölkənin “Dənizlispor” və “Kayseri Ərciyyəspor” klublarının da şərəfini qoruyub. “Beijing Enterprises” klubunda 2018-ci ildən çıxış edən futbolçu, Rusiyada “Krasnodar”ın, Qazaxıstanda “Kayrat”ın da uğurları üçün çalışıb.