Super Liqa klubunda braziliyalı futbolçu
- 21 Yan 2020 19:00
- 762
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Yagelloniya” klubunun sol cinah müdafiəçisi Gilyerme Sityanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı braziliyalı futbolçu yeni klubu ilə 1,5+1 illik müqaviləyə imza atıb.
Sitya karyerası ərzində “Porto Aleqre”, “Kaşias”, “Konkordiya”, “Petrolul”, “Qroyter”, “Styaua”, “Termaliça” kimi klublarda da forma geyinib. O, Polşa klubunda 2017-ci ildə nçıxış edirdi.