Super Liqa klubunda yeni baş məşqçi
- 05 Fev 2020 21:30
- 733
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Fuat Çapa çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.
Fuat Çapa 2011-ci ildə də “Kasımpaşa”ı qısa müddət çalışdırıb. O, son olaraq TFF 1-ci liqa təmsilçisi “Əskişəhərspor”a rəhbərlik edib.
“Kasımpaşa” bu mövsüm Super Liqada 20 turdan sonra 16 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.