Super Liqa klubunda yeni qapıçı
- 19 Yan 2020 19:25
- 837
Türkiyənin “Qazianep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Alanyaspor”ın qapıçısı Haydar Yılmazı icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı qolkiper mövsümün sonuna kimi icarəyə götürülüb.
Haydar Yılmaz 2013-cü ildən “Alanyaspor”un formasını geyinirdi.
“Qaziantep” yeni transferini açıqlarkən öz futbolçusu Kerim Avcını da TFF 1-ci liqa təmsilçisi “Altay”a icarəyə verdiyini bəyan edib. 30 yaşlı futbolçu daha “Kayseri Ərciyyəspor”, “Altınordu”, “Balıkəsirspor”, “Sivasspor”da da forma geyinib. O, bu komandaların heyətində 154 oyuna 41 qol vurub.