Futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində keçirilmiş “Kasımpaşa” - “Dənizlispor” matçında üzücü hadisə qeydə alınıb.

Rekord.az xəbər verir ki, oyunu tribunadan izləyən “Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin infarkt keçirib.

Matçın ikinci hissəsinə təsadüf edən bu hadisə zamanı Nursal Bilginə ilk tibbi yardım göstərilib. Ardından o, meydana çıxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Buna görə qarşılaşmanın baş hakimi Atili Karaoğlan oyunu da dayandırmalı olub. Yalnız təcili yardım maşını arenanı tərk edəndən sonra oyun davam etdirilib.

“NTV Spor”un yazdığına görə, Bilginə xəstəxanada edilən bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.