Futbol üzrə Türkiyə Super Liqası iyuna qədər bərpa olunmayacaq.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Çempionatın ən yaxşı halda iyunun əvvəlindən davam edə biləcəyi qeyd olunub:

“Bizim üçün insan sağlamlığı hər şeydən önəmlidi. Çempionatların tamamlanmasını istəyirik. Ancaq yarışların iyuna qədər bərpası gözlənilmir. Komandaların hazırlığı və koronavirusla bağlı ölkədəki gedişatı nəzərə alaraq, çempionata iyunun əvvəlində başlaya bilərik. Hazırda dövlət bunun üçün bir sıra işlər görür”.

Qeyd edək ki, koronavirusa görə 26-cu turda dayandırılan Super Liqada 53 xala malik “Trabzonspor” liderdi.