Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. "Rekord.az" xəbər verir ki,  ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq. 

Yanvarın 18-də III tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək.
  
Yanvarın 21-də isə I turdan qalmış “Azərreyl” - UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
 
Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.