Super Liqanın daha bir klubu məşqlərə başladı
- 28 Apr 2020 21:47
- 689
Türkiyənin “Dənizlispor” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçuları bu gündən etibarən klubun bazasında hazırlığa başlayıblar.
Klubdan verilən futbolçular hələlik qruplar halında və sosial məsafəni qorumaq şərtilə məşq edirlər. Komandanın baş məşqçisi Bülənt Uyğun hazırlıqla bağlı bunları söyləyib:
“Oyunçular, həmçinin məşqçi heyəti mütəmadi sağlıq testindən keçir. Lazım olan bütün tədbirləri nəzərə almaqla hazırlığı davam etdirəcəyik. Futbolçuları gərgin proqram gözləyir. Çünki evdə məşq etməklə meydanda çalışmaq çox fərqlidi. Fiziki gücümüzü bərpa etmək üçün çox əmək sərf etməliyik”.
Xatırladaq ki, Türkiyədə daha öncə “Beşiktaş”, “Göztəpə” və “Kasımpaşa” məşqləri bərpa etmişdi.