Super Liqanın növbəti turu sensasiyasız keçdi
- 14 Apr 2022 10:52
- 456
Qadın voleybolçular arasında Azərbaycan brinciliyində növbəti oyunlar keçirililib. "Rekord.az" xəbər verir ki, Super Liqanın 9-cu turu çərçivəsində ilk olaraq meydana "Abşeron” və “Azərreyl” kollektivləri çıxıblar.
Çempionat ərzində keçirdiyi bütün görüşlərdə qalib gələn “Abşeron” meydandan yenə qələbə ilə ayrılıb. Eldar Yusubovun komandası növbəti 3 xalını 3 hissəni aktivinə yazdırmaqla qazanıb. Birinci setdə rəqibini 25:23 hesabı ilə məğlub edən “Abşeron” növbəti setləri də üstün bitirib - 27:25 və 25:19.
Günün ikinci matçında isə “Murov” klubu "UNEC"i sınağa çəkib. Bu görüşdə də qalib 3 setdə müəyyən olunub. "Tələbələr" hər üç hissədə uduzublar - 15:25, 11:25, 18:25. “Murov” isə bu qələbədən sonra çempionatda tutduğu üçüncü pillədəki yerini möhkəmləndirib.
Beləliklə, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan XI turdan sonra “Abşeron” 33 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl”in 17 xalı , “Murov”un 11, "UNEC"in isə 5 xalı var.