Superdöyüşün vaxtı və məkanı bilindi
- 25 Okt 2022 19:29
- 479
Ağır çəkili boksçular arasında mütləq çempionluq uğrunda superdöyüş 2023-cü ilin martında Səudiyyə Ərəbistanında keçirilə bilər.
Rekord.az xəbər verir ki, bu barədə ESPN-nin jurnalisti Mayk Koppincer xəbər yayıb. Bu qarşılaşmada Boyük Britaniya və İrlandiya vətəndaşı olan Tayson Fyuri ilə Ukrayna idmançısı Aleksandr Usik üz-üzə gələcək.
“Fyurinin mart ayında Səudiyyə Ərəbistanında dörd kəmər uğrunda Usiklə döyüşməsi üçün danışıqlar hələ də davam edir. Düşünürəm ki, Fyuri Entoni Coşua ilə döyüşə məşq kimi baxırdı. O, O, Coçuanın onun üçün böyük problem olacağını düşünmürdü" - deyə jurnalist bildirib.
Fyurinin növbəti döyüşü isə dekabrın 3-də Londonda Derek Çisoraya qarşı olacaq.