Azərbaycanın “Şuşa” komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən futvoley üzrə beynəlxalq turnirdə yarımfinala çıxıb.

Rekord.az xəbər verir ki, komandamız 1/4 finalda Türkmənistan komandasına qalib gəlib.

“Şuşa” komandasının yarımfinaldakı rəqibi İsrail komandası olacaq.

Qeyd edək ki, beynəlxalq turnir müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə baş tutub. 

Azərbaycan turnirdə “Şuşa” komandası ilə təmsil olunur. Komandanın heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış edir.

Beynəlxalq turnir Azərbaycan Respublikası Diasporla İs üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. 

Qeyd edək ki, Beynəlxalq Futvoley Federasiyasının prezidenti həmyerlimiz Vüsal Xəlilovdur.