Şuşada düşmənə qan uddurmuuş güləş millimizin üzvü
- 15 Noy 2020 14:00
- 1053
Əfqan Xaşalovu yəqin ki, idman ictimaiyəti arasında çox adam tanıyır.
Rekord.az xəbər verir ki, 23 yaşlı idmançımız güləşçidir və güləş millimizin üzvdür.
Hazırda Şuşada xidmət aparır. Özü də könüllü gedib. Baxmayaraq ki, güləş federasiyası və idman nazirliyi bununla bağlı Müdafiə Nazirliyinə məktub göndərib ki, olimpiya yarışlarına hazırlıq üçün millinin düşərgəsində olsun. Lakin Xaşalov bundan imtina edərək, döyüş bölgəsinə yollanıb.
Maraq üçün qeyd edək ki, Əfqan 6 dəfə ölkə çempionu olub. Həmçinin kişilər, yeniyetmələr və gənclər arasında ciddi uğurları var.