"Qəbələ" səfərdə "İmişli"ni də məğlub etməklə Premyer Liqa yolunda ciddi addım atmış oldu.

Rekord.az-a daxil olan məlumata görə, məğlubiyyətsiz irəliləyən klubun rəhbərliyi indidən elita üçün hazırlıqlara başılatıb.

Bir neçə gün öncə "Turan Tovuz"dan İbrahim Ramazanovun yenidən heyətə qaytarılması da buna hesablanıb. Bundan başqa, bir neçə legionerlə də danışıqlara başlanılması planlaşdırılır. Aldığımız daha bir məlumata görə isə, komandanın baş məşqçisi Kaxaber Sxadadze də vətəni Gürcüstandan tanıdığı bəzi futbolçularla da əlaqəyə keçib və Premyer Liqaya çıxacaqları halda onları "Qəbələ"də görmək istəyini dilə gətirib.