Syomin: “…onda Azərbaycan yığması qalib gələcək”
- 18 Mar 2020 17:33
- 633
“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Moskva “Lokomotiv”ini çalışdıran Yuri Syomin “moscow-baku.ru” saytına müsahibə verib.
Rekord.az xəbər verir ki, 72 yaşlı mütəxəssis, Azərbaycan milli komandasının Avropa çempionatına hazırlığı haqda da danışıb:
- Azərbaycanın Avropa çempionatına hazırlığını necə qiymətləndirirsiz?
- Bakıda gözəl Olimpiya Stadionu var. O sadəcə möhtəşəmdir. Azərbaycanlılar qonaqpərvər bir xalqdır. Hesab edirəm ki, Azərbaycanda baş tutan bütün idman tədbirləri həmişə yaxşı keçirilib. Buna görə, Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələr siyahısına daxil olub.
- Azərbaycan futboluna dünya səviyyəli yarışlarda qalib gəlmək üçün hansı məsləhət verərdiz?
- Mən liqaya daha çox diqqət ayırmağı, həmçinin klubların yaxşı sponsorlara malik olmalarını məsləhət görərdim ki, onlar da futbolun şaquli istiqamətdə – yeniyetmələr, peşəkar komandalar, millilər – inkişafına kömək etsin. Mən Azərbaycanda işləyəndə futbola çox böyük diqqət ayırırdılar. Bu idman növünə üstünlük vermək lazımdır, onda Azərbaycan yığması qalib gələcək.
Syomin 2013/14 mövsümündə “Qəbələ”ni çalışdırıb. O, 2016-cı ilin avqustundan “Lokomotiv”də baş məşqçilik edir.