Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını, Səmədov Hikmət Vasif oğlu və Ələkbərov Elşən Sahib oğlunun vitse-prezident vəzifələrinə namizədliklərini təklif edib. 

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib. 

Beləliklə, Səmədov və Ələkbərov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidentləri seçiliblər.