Taekvondo hakimləri üçün seminar keçirilir
- 16 Dek 2023 16:40
- 238
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə beynəlxalq və milli hakimlərin təkmilləşdirilmə kursu, yeni hakimlər üçün Respublika seminarı keçirilir.
Rekord.az xəbər verir ki, tədbirə 50 nəfər qatılıb.
ATF-nin baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev tərəfindən keçirilən seminar ölkə çempionatı və birinciliklərinə seçim xarakteri daşıyır.
Qeyd edək ki, tədbir dekabrın 17-də başa çatacaq.