Taekvondo üzrə dünya çempionatı Bakıda keçiriləcək
- 12 May 2022 22:31
- 474
Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.
Rekord.az xəbər verir ki, bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Bakı 2023-cü ildəki nüfuzlu yarışa ev sahibliyi edəcək. Mundialın dəqiq tarixi yaxın vaxtlarda təsdiqlənəcək.
Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.
Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çou Çunq-von Azərbaycanı 2023-cü il dünya çempionatının ev sahibliyinə layiq görülməsi münasibətilə təbrik edib. Cənubi koreyalı funksioner WTF-in İcraiyyə Komitəsinin iclasında çıxışı zamanı Bakının öz təcrübəsi ilə qurumun 50 illik yubilyeini qeyd etmək üçün möhtəşəm yarış keçirəcəyinə şübhə etmədiyini bildirib. O, taekvondonun yenidən tam sürətlə irəliyə doğru getdiyini söyləyib: "COVID-19-a görə uzunmüddətli fasilədən sonra idmançılarımızın və azarkeşlərimizin bir daha dünya səviyyəli yarışlardan həzz almaq fürsəti əldə etməsindən şadıq".