Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdu
- 11 Apr 2021 18:00
- 728
Azərbaycan taekvondoçularının Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında mübarizəsi başa çatıb.
Rekord.az xəbər verir ki, sonuncu yarış günündə Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (+87 kq) mübarizə aparıb.
Qobadi əvvəlcə Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, 1/4 finalda serbiyalı İvan Sapinə uduzub – 13:14.
İsayev isə ilk rəqibi serbiyalı Miloş Qoluboviçdən 22:10 hesabı ilə üstün olsa da, yarımfinalın bir addımlığında ispaniyalı İvan Qarsiyaya yenilib – 17:19. Nəticədə millinin hər iki üzvü medalsız qalıb.
Azərbaycan yığması isə Avropa çempionatını iki medalla başa vurub. Kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) gümüş, qadınlardan Minayə Əkbərova (46 kq) bürünc medalla kifayətlənib.