Taekvondoçularımız üçün Avropa Oyunlarına lisenziya xarakterli yarış
- 06 Apr 2023 17:46
- 354
Aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə 3-cü Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürəcək.
Rekord.az xəbər verir ki, 2 gün davam edəcək mübarizədə Azərbaycan millisi də vəsiqələr uğrunda gücünü yoxlayacaq.
Yarışda baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.
Bu gün Rumıniyaya yollanan komandamız aprelin 10-da Bakıya qayıdacaq.
Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında artıq 7 taekvondoçumuzun iştirakı təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.