Taekvondoçumuz AÇ-də bürünc medal qazandı
- 08 Apr 2021 19:21
- 720
Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə böyüklər arasında Avropa çempionatına start verilib.
Rekord.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Bu gün dörd taekvondoçumuz dayanq üzərinə çıxıb. Qadınlar arasında 46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova Almaniyanı təmsil edən Özlem Gürüzü (17:8) və bolqarıstanlı Qabriela Katsarovanı (qızıl xal) yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Minayə bu mərhələdə rusiyalı rəqibi Larisa Medvedevaya uduzaraq bürünc medalla kifayətlənib.
Digər qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) ilk rəqibi iatliyalı Martina Qorellini (12:6) məğlub edib. Lakin o, növbəti döyüşündə rumıniyalı Liana Musteataya məğlub olub.
Kişilərdən Bəhruz Quluzadə (54 kq) və Pərviz İsgəndərov (58 kq) ilk qarşılaşmadan məğub ayrılaraq yarışı erkən tərk edib.