Tanınmış azərbaycanlı idman adamı “YAŞAT”a 10 min dollar yardım etdi
- 23 Yan 2021 16:30
- 813
Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin “YAŞAT” Fonduna dəstək olub.
Rekord.az xəbər verir ki, o, fonda 10 min dollar köçürüb.
Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi “Şirvan” idman klubunu tikdirib.
Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb. Onun köməyi ilə “Veten” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.
2016-cı ildə Prezident İlham Əliyev Oleq Krapivinə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adını verib. Həmçinin Krapivin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərdiyi fəaliyyətə görə medalla təltif edilib.
Krapivin Vətən müharibəsi zamanı da Silahlı Qüvvələrə dəstək üçün yaradılmış fonda 20 min dollar köçürmüşdü.