Niderlandlı futbolçu Kevin Strotman karyerasını bitirdiyini açıqlayıb.

Rekord.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında futbola təşəkkür edib:

“Karyeram başa çatır. Təşəkkür edirəm, futbol!”

Strotman butslarını erkən – 34 yaşında asıb. O, futbolçu karyerası ərzində bir sıra klublarda, xüsusən də, “Roma”, PSV, Rotterdam “Sparta”sı, “Cenoa” və “Marsel” kimi komandalarda çıxış edib.

Strotman Niderland millisində 46 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.