Tanınmış musiqiçi İngiltərə klubunun səhmdarı oldu
- 16 Avq 2024 18:40
- 188
Tanınmış musiqiçi və aktyor Ed Şiran İngiltərə Premyer Liqasında çıxış edən “İpsviç Taun” klubunun azlıqdakı payını alıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun açıqlamasında bildirilir ki, Şiranın “İpsviç”dəki ümumi payı 1,4 faiz olacaq və müqavilənin bir hissəsi olaraq “Ed Portman Roud” stadionundakı icra qutusundan uzun müddət istifadə edəcək.
“İpsviç Taun” ötən mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanıb. Komanda 2024/25 mövsümünün ilk turunda “Liverpul”la qarşılaşacaq.
Ed Şiran britaniyalı müğənni, bəstəkar, musiqiçi, prodüser, aktyor və iş adamıdır. Onun ilk kommersiya uğuru 2011-ci ilin iyununda Britaniya hit-paradında 3-cü yeri tutan “The A Team” sinqlı sayəsində əldə edilib.