Ötən gün Yevlax Şəhər Gənclər və İdman İdarəsinin və “Yevlax Gənclər Evi”SXM-in birgə təşəbbüsü ilə sərbəst güləş üzrə Dünya və Avropa, MDB dövlətlərinin birinciliyində, Beynəlxalq turnirlərdə müvafiq yerlərin sahibi, Gənclərin Avropa Birinciliyinin qızıl medal mükafatçısı, idman növü üzrə Azərbaycan Respublikasının “İdman Ustası” dərəcəsinə layiq görülmüş, sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandanın üzvü - Birgül Soltanovanın gənclərlə görüşü keçirilib.  

Rekord.az xəbər verir ki, görüşün keçirilməsinin əsas məqsədi: 1. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ edilməsi; 2. Nailiyyət qazanmış idmançıları cəmiyyətə tanıtmaq; 3. Bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işlərinin genişləndilməsi; - olub.  

Görüşdə öz təcrübələrini bölüşən idmançımız uğur qazanmağın yollarını gənclərlə bölüşüb, onların suallarını cavablandırıb.