Tarixdə 13-cü
- 16 Sen 2024 11:51
- 134
Misli Premyer Liqasının 6-cı turu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb.
Bu, “Sumqayıt”la qarşılaşmaya (1:0) təsadüf edib.
Abbasov karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Mütəxəssisin komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.
Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.