
Təbriz klubundan növbəti qələbə
- 23 Fev 2025 14:40
- 123
Təbrizin "Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 20-ci turda öz meydanında "Xeybar Xurrambada"la qarşılaşıb.
Oyun "Traktor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 46-cı dəqiqədə Domaqoy Drozdek vurub.
Cənubi Azərbaycan təmsilçisi hazırda 44 xalla liderdir.