
Təbriz klubundan səfərdə inamlı qələbə
- 2023-01-27 19:15
- 123
Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 3:1.
“Traktor” 17 turdan sonra 26 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.