Futbol üzrə Fransa çempionatını yayımlayan “Canal Plus” telekanalı klublara aprel ayı üçün 110 milyon avro ödəməyəcək.

Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, səbəb koronavirus pandemiyasına görə çempionatın dayandırılmasıdır.

Telekanalın rəhbərliyi məsələ ilə bağlı Liqa 1 rəsmilərinə məktub göndərib. Bildirilib ki, oyunların təxirə salınması səbəbindən ödəmə olmayacaq: “Hökumət matçları keçirməyə qərar verəndə, ödəmə üçün yenidən müzakirə apararıq. Müqavilədə qarşılaşmalar keçirilməyəndə ödəmə olunması ilə bağlı maddə yoxdu”.

Qeyd edək ki, Fransa çempionatı martın 13-də koronavirusa görə dayandırılıb.