“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen koronavirusa görə tətbiq olunan karantin müddətində vaxtını necə keçirdiyi barədə danışıb.

Rekord.az xəbər verir ki, Şteqen əsasən trenajor zalında məşq etdiyini deyib. O, ev yığışdırmağın da məşq sayıldığını vurğulayıb:

“Vaxtımın çox hissəsini qonaq otağında və mətbəxdə keçirirəm. Trenajor zalında məşq edirəm. Bir çox çalışmalar var ki, onları hər gün təkrarlayıram.

Hərdən məşqlərimi səhər yeməyinə qədər edirəm. Ondan sonra evi yığışdırıram. Bu da məşq sayılır. Biz hamımız eyni situasiyadayıq. Ona görə də insanları evdə qalmağa motivasiya etməliyik”.