Tərlan Əhmədov milli üzvünün üstündən xətt çəkdi?
- 28 Yan 2020 12:00
- 1148
"Keşlə"də qalmaqalların biri bitir, digəri başlayır. Tərlan Əhmədovun Vüsal İsgəndərli və Sezar Meza Kolli ilə problem yaşamasından məlumatlısız.
Baş məşqçi Vüsalın intizamsızlığından, Sezarın isə oyunundan narazıdır. Əhmədovun qəzəbinə tuş gələn növbəti futbolçu isə onun dediklərinə əməl etməyən Tural Bayramlıdır.
Rekord.az xəbər verir ki, bu, "Zempin"lə yoxlama görüşü əsnasında baş verib.
Əhmədov Slovakiya klubu ilə 1:1 qurtaran matçın gedişində adıçəkilən yarımmüdafiəçini kənara alıb, yerinə isə heç kimi meydana buraxmayıb.
Əhmədov "sən artıq mənə lazım deyilsən" dediyi 21 yaşlılardan ibarət yığmanın üzvünü cərimələyib və əvəzedici heyətə göndərilməsini istəyib. İndi "top" klub rəsmilərindədir. Onlar Turalın əsas komandadan uzaqlaşdırılmasına razılaşacaqlarmı? (sрortinfo.az)