"Kəpəz"in daha bir futbolçusu baş məşqçi Tərlan Əhmədovun "qara siyahı"sna düşüb.

Rekord.az xəbər verir ki, bu futbolçu da gəncəlidir.

Söhbət Tural Rzayevdən gedir. Ən azı mövsümün sonunda onunla da yolların ayrılacağı gözlənilir.

Qeyd edək ki. daha öncə digər bir gəncəli, komandanın kapitanı Əli Səmədov da Əhmədovun istəyi ilə əsas heyətdən kənarlaşdırılmış, sözügedən futbolçu qış fasiləsi dönəmində "Şamaxı"ya transfer olunmuşdu.