Tərlan Əhmədovun gəlişindən sonra “Kəpəz”də suların durulacağını, azarkeşlərin komandaya münasibətinin qaydasına düşəcəyini düşünmək olardı.

Rekord.az xəbər verir ki, “Sarı-göylər”in “Şamaxı”nı məğlub edərək mövsümdə ilk qələbəsini bayram etsməsi də belə düşünməyə əsas verirdi.

Ancaq deyəsən, “Kəpəz”də yeni münaqişə ocağı yetişməkdədi...

Yaşar Vahabzadə baş məşqçi postundan ayrılanda köməkçiləri – Vidadi Rzayev, Nadir Şükürov, Əli İsmayılov və Füzuli Allahverdiyev də istefaya göndərilmişdi. Tərlan Əhmədov gəlişindən sonra Rzayev və Şükürov yenidən “Kəpəz”in məşqçilər korpusunda yer aldılarsa, İsmayılovla Allahverdiyev kənarda qaldı. “Football-plus.az” saytına daxil olan məlumata görə, “sarı-göylər”in idman direktoru Mehman Allahverdiyev qardaşını yenidən komandaya qaytarmaq istəsə də, Əhmədov buna razı olmayıb. Mənbəmizin sözlərinə inansaq, baş məşqçinin bu addımına əsəbləşən Mehman bəy yaxın ətrafına “Tərlan hələ bilmir kiminlə baş-başa gəlir. Mənə qarşı gedən məşqçi Gəncədə işləyə bilməz” söyləyib. Hadisələrin necə inkişaf edəcəyini yəqin ki, yaxın vaxtlarda görəcəyik.