Təxirəsalınma müddəti iki həftə uzadıldı
- 20 Apr 2020 17:40
- 681
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.
Rekord.az xəbər verir ki, bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb.
Oyunların başlanma tarixi barədə əlavə məlumat veriləcək.