Təxribata əl atan erməni idmançı cəzalandı
- 07 Avq 2020 14:02
- 954
Erməni döyüşçü Edmen Şahbazyan və komandası UFC tərəfindən cəzalandırılıb.
Rekord.az xəbər verir ki, ABŞ-ı təmsil edən 22 yaşlı idmançı son turnirdə qondarma "Dağlıq Qarabağ Respublikasının" qeyri-qanuni bayrağıyla döyüşə çıxdığına görə cərimə olunub.
"Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.
Həmçinin bu qanuna zidd hərəkətə icazə verdiyi üçün UFC 20 illik təcrübəyə sahib əməkdaşının işinə də xitam verib