Teymur Rəcəbov İddiaçılar Turnirində ilk qələbəsini qazandı
- 27 İyn 2022 22:35
- 545
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 41-ci gedişdə təmsilçimizin qələbəsi ilə başa çatıb.
Turnirdə ilk qələbəsini qazanan Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.
Beləliklə, xalını 4-ə çatdıran Rəcəbov hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Sıralamaya 6,5 xala sahib Yan Nepomnyaşi başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
9-cu tur
27 iyun
Teymur Rəcəbov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) 1:0
Alireza Firuzca (Fransa) - Rixard Rapport (Macarıstan) 1:0
Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (FİDE) 0,5:0,5
Dinq Liren (Çin) - Yan-Kşiştof Duda (Polşa)