Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb.

Rekord.az xəbər verir ki, 100 şahmatçının yer aldığı reytinqin ilk 10-luğunda bir azərbaycanlı təmsilçi yer alıb.

Teymur Rəcəbov yeni reytinqə əsasən 2765 xalla 9-cu pillədə qərarlaşıb. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-ci pillədə qalıb.

Azərbaycanın digər təmsilçiləri Qədir Hüseynov və Nicat Abbasov bir pillə irəliləyib. Hüseynov 71-ci, Abbasov isə 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə bir pillə geriləyərək, 92-ci pillədə yer alıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə 85-cı pillədə qərarlaşıb.