Teymur Rəcəbovdan Millətlər Liqasının ilk günündə 2 heç-heçə
- 05 May 2020 23:21
- 955
Bu gün şahmat üzrə Onlayn Millətlər Kubokuna start verilib.
Rekord.az xəbər verir ki, Teymur Rəcəbovun heyətində yer aldığı dünya yığması ilk turda Çin komandası ilə qarşılaşıb. Görüş asiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı qrossmeyster ilk görüşünü Van Haoya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibi ilə sülh bağlayıb.
İkinci görüşündə Hindistanla qarşılaşan dünya yığması rəqibini məğlub edib. Rəcəbov bu dəfə Vişvanatan Anandla qarşılaşıb və yenə heç-heçəyə razılaşıb.
Dünya yığması sabah ABŞ və Rusiya komandaları ilə üz-üzə gələcək.
Onlayn Millətlər Kuboku
1-ci tur
Çin - Dünya yığması 3:1
Van Hao - Teymur Rəcəbov 0,5:0,5
Yi Vey - Alireza Firuzca 0,5:0,5
Yu Yanyi - Bassem Amin 1:0
Hou İfan - Mariya Muzıçuk 1:0
2-ci tur
Dünya yığması - Hindistan 2,5:1,5
Teymur Rəcəbov - Vişvanatan Anand 0,5:0,5
Alireza Firuzca - Pentala Harikrişna 0,5:0,5
Xorxe Kori - Başkaran Adhiban 1:0
Mariya Muzıçuk - Hampi Koneru 0,5:0,5
Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5-9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.