Azərbaycanın böyük şəhərlərindən olan Şirvan illərdi futbolsuzluqdan əziyyət çəkir.

Rekord.az xəbər verir ki, şəhərdə nə futbol var, nə də stadion.

Əslində stadion var. Həllə illər öncə, təməlini qoydular, betonunu tökdülər, tribunalarını qaldırdılar. Bütün şirvanlılar sevinirdi ki, qısa zamanda onların da gözəl, müasir stadionu olacaq. Lakin təəssüf ki, sonradan işlər dayandırıldı. O dayanan, bu dayanan bəlkə də 10 ildən çoxdur ki, dayanıb. Bir müddət öncə icra hakimiyyəti tərəfindən arenaya baxış keçirildi və düşünmək olardı ki, nəhayət, işlərdə tərpəniş olacaq. Lakin təəssüf ki, bu baxış sadəcə, baxış olaraq qaldı...

 

 

 

Fotolar Fərid Məcidə məxsusdur