Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubu yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Kostanay təmsilçisi “Jilina” klubu ilə qarşılaşıb. Slovakiyalılarla görüş qollu bərabərliklə bitib – 1:1.

Emil Balayev sözügedən qarşılaşmanın iştirakçısı olmayıb. Buna səbəb 25 yaşlı qapıçının reabilitasiyasının davam etməsidir. Bu barədə “Tobol”un erməni baş məşqçisi Qriqori Babayan klubun saytına açıqlama verərkən deyib:

“Azat Nurqalıyev əməliyyatdan sonra tam sağalmayıb. Nikita Boçarov da hələ gələn ay komandaya qoşulacaq. Emil Balayevin planlaşdırılmış reabilitasiyası davam edir. Bizə qoşulan yeni futbolçular da hələ tam hazır deyil”.