Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da növbəti döyüşünü keçirib.

Rekord.az xəbər verir ki, 34 yaşlı idmançımız bu dəfə rusiyalı Aleksandr Şabli ilə qarşılaşıb.

Dünya qran-prisinin 1/4 final mərhələsi çərçivəsində baş tutan döyüşdə Musayev qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib. ABŞ-ın San-Xose şəhərində baş tutan görüşün üçüncü raundunda xəsarət alan Musayev texniki nokautla uduzub.

Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyətidir.

Xatırladaq ki, “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.