
Tofiq Musayev UFC-də
- 18 Apr 2025 16:30
- 64
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.
Rekord.az xəbər verir ki, bunu “MMA Azerbaijan” açıqlayıb.
Musayev ilk döyüşünü iyunun 21-də Bakıda keçiriləcək turnirdə keçirəcək. 35 yaşlı idmançının UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib.
Musayev son döyüşünü 2023-cü ilin noyabrında keçirib. O, həmin vaxt “Rizin” çərçivəsində yaponiyalı Kodji Takedaya 3-cü raundda nokautla qalib gəlib.
Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.