Tokio-2020: II turun oyunları baş tutub
- 28 İyl 2021 14:35
- 663
Yay Olimpiya Oyunlarında qadın voleybolçuların mübarizəsində 2-ci turun oyunalrı baş tutub. "Rekord.az" xəbər verir ki, iki qrup üzrə 6 qarşılaşma keçirilib.
A qrupunda yer alan Serbiya olimpiadaya ev sahiblərini quru hesabla məğlub edib. Eyni nəticəni Cənubi Koreya da göstərib. Asiyalılar Keniyanı 3:0 üstələyiblər. Qrupun Braziliya və Dominikan Respunlikası arasında baş tutan görüşü isə daha gərgin keçib. Bu matçda braziliyalılar rəqiblərini tay-brekdə məğlub ediblər.
B qrupunda mübarizə aparan Rusiya Olimpiya Komitəsinin (ROK) komandası Argentinaya, ABŞ isə Çinə quru hesabla qalib gəlib. digər oyunda isə İtaliya və Türkiyə voleybolçuları üz-üzə gəliblər. İlk turda Çin üzərində möhtəşəm qələbə qazanan türkiyəli voleybolçular eyni uğuru təkrarlaya bilməyiblər. Bu qarşılaşmada İtaliya 3:1 üstün olub.
Qeyd edək ki, iki turdan sonra A qrupunda 6 xalla Serbiya liderlik edir. Braziliya 5 xalla 2-ci, Yaponiya 3 xalla 3-cü yerdədir. Cənubi Koreya 3 xalla dördüncü, Dominikan Respublikası 1 xalla 5-ci pillədə qərarlaşıbla. Hesabında xalı olmayan Keniya isə sonuncu yerdədir.
B qrupunda isə liderlik 6 xalla ABŞ-a məxsusdur. Maksimum nəticə göstərən digər komanda İtaliyada isə set fərqinə görə 2-ci yerdədir. Türkiyə və ROK 3 xalla
müvafiq olaraq 3-cü və 4-cü pillədə qərarlaşıblar.
Olimpiada, voleybol, qadınlar
II tur
A qrupu
Yaponiya - Serbiya 0:3 (23:25, 16:25, 24:26)
Braziliya - Dominikan Respublikası 3:2 (22:25, 25:17, 25:13, 23:25, 15:12)
Cənhubi Koreya - Keniya 3:0 (25:14, 25:22, 26:24)
B qrupu
ROK Argentina 3:0 (25:19, 25:15, 25:13)
Çin ABŞ 0:3 (27:29, 22:25, 21:25)
İtaliya - Türkiyə 3:1 (25:22, 23:25, 25:20, 25:15)