Tokio-2020: Türkiyə geridönüş etsə də, qələbə qazana bilmədi
- 30 İyl 2021 12:00
- 698
Yaponiyada təşkil olunan Yay Olimpiya Oyunlarında voleybol yarışlarında qadınların mübarizəsində növbəti turun görüşləri baş tutub. "Rekord.az" xəbər verir ki, 3-cü tur çərçivəsində iki qrup üzrə 6 oyun keçirilib.
A qrupunda mübarizə aparan Cənubi Koreya Dominikan Respublikasının yığması ilə üz-üzə gəlib. gərgin keçən bu qarşılaşmada asiyalılar 3:2 hesablı qələbəni bayram ediblər. Qrupun digər görüşlərində Serbiya Keniyanı, Braziliya isə yarışın ev sahiblərini quru hesabla məğlub edib.
B qrupunda yer alan İtaliya Aregntina komandasını quru hesabla üstələyib. Növbəti iki görüş isə kifayət qədər gərgin keçib. Çin və ROK komandalarının oyununun taleyinə tay-brekdə aydınlıq gəlib. Bu hissədə daha dəqiq oynayan Asiya təmsilçisi 3:2 hesablı qələbəyə sevinib. Eyni nəticə ABŞ və Türkiyə kollektivlərinin qarşılaşmasında da qeydə edlınıb. Amerikalılar oyuna daha yaxşı başlayıblar və 2:0 hesabı ilə önə keçiblər. Lakin sonradan Türkiyə təşəbbüsü ələ alıb. Ardıcıl 2 setdə qalib gələn türkiyəli voleybolçular geri dönüş edərək hesabı bərabərləşdiriblər. Həlledici setdə isə ABŞ qələbəni əldən verməyib və görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, 3 turdan sonra A qrupunda maksimum nəticə qazanan Serbiya 3 xalla birinci pillədə qərarlaşıb. Eyni sayda qələbə qazanan Brazilaiya 8 xalla ikinci yerdədir. 5 xalı olan Cənubi Koreya 3-cü, 3 xalla Yaponiya 4-cü, 2 xala sahib Dominikan Respublikası isə 5-ci sıradadırlar. Hesabında xal olmayan Keniya isə sonuncu pillədədir.
B qrupunda isə liderlik yenə maksimum nəticə göstərərək 9 xal toplayan İtaliyaya məxsusdur. ABŞ 8 xalla 2-ci, ROK 5 xalla 3-cü yerdədir. 4 xal toplayan Türkiyə 4-cü, 1 xala sahib Çin isə 5-cidir. Yarışda xal qazana bilməyən Argentina isə sonuncu pillədədir.
Yay Olimpiya Oyunları
A qrupu
Cənubi Koreua - Dominikan Respublikası 3:2
Serbiya - Keniya 3:0
Yaponiya - Braziliya 0:3
B qrupu
İtaliya - Argentina 3:0
Çin - ROK 2:3
ABŞ - Türkiyə 3:2