Yaponiyada təşkil olunan 2020-ci il Yay olimpiya Oyunlarında voleybol yarışlarında qadınların mübarizəsində ilk tura yekun vurulub. "Rekord.az" xəbər verir ki, iki qrup üzrə ümumilikdə 6 oyun baş tutub. 

A qrupunda yer alan Serbiya Dominikan Respublikasını, Yaponiya Keniyanı, Braziliya isə Cənubi Koreya Respublikasını quru hesabla məğlub edib. 

B qrupunda mübarizə aparan Türkiyə son olimpiya çempionu Çinə heç bir şans verməyib və 3:0 hesabı ilə qalib gəlib. Bu qrupun digər görüşlərində İtaliya Rusiyanı, ABŞ isə Argentinanı eyni hesabla üstələyib. 

İlk turdan sonra A qrupunda Yaponiya, Serbiya, Braziliya hərəyə 3 xalla ilk 3 yerdə qərarlaşıblar. 

B qrupunda eyni vəziyyətdir. Belə ki, ilk üç yerdə olan Türkiyə, İtaliya və ABŞ hərəyə 3 xal toplayıblar.