Tokioya yollanacaq paralimpiya nümayəndə heyətimizin rəhbəri məlum oldu
- 08 Yan 2020 16:21
- 1046
Azərbaycan Paralimpiya Komitəsi yayda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək paralimpiadaya yollanacaq nümayəndə heyətinin rəhbərini müəyyənləşdirib.
Rekord.az xəbər verir ki, paralmpiadada bu vəzifəni ("Chef de mission") Rauf Mürsəlov icra edəcək. 2011-ci ildən Milli Paralimpiya Komitəsində fəaliyyətə başlayan Mürsəlov hazırda İdman şöbəsinin müdiridir.
Qeyd edək ki, Azərbaycan güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq olmaqla “Tokio-2020” Paraimpiya Oyunlarına hələlik 7 lisenziya qazanıb. Ölkəmizin Yaponiyada 7 idman növü üzrə 32 atletlə təmsil olunacağı proqnozlaşdırılır.
Olimpiadada nümayəndə heyətinin rəhbəri isə Anar Bağırov olacaq.