Tomas Doll “Qarabağ” üzərində qələbədən danışdı
- 08 Noy 2019 10:30
- 747
Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Çox sevinirəm ki, 0:1-dən sonra ikinci hissədə dönüş edə bildik. Çox mübarizə apardıq, əla xarakter göstərdik. "Qarabağ"la üç dəfə oynamışam. Bura gəldiyim vaxt komandam 1:2 hesabı ilə uduzmuşdu. İndi isə bizim 2 qələbə, 1 heç-heçəmiz var. Bu dəfə də 0:1 hesabı ilə geriyə düşdükdən sonra ayıldıq. Hesabı öz xeyirimizə dəyişməli idik. Bu isə asan deyildi. Çünki ikinci qolu vurmaq üçün risk edə bilməzsən. Əlbəttə, daha yaxşı oynaya biləcəyimizi bilirik. Amma gəlin, yaxşı şeylərdən danışaq. Dortmund "Borussiya"sı da Çempionlar Liqasında "İnter"lə görüşdə 0:2 hesabı ilə uduzarkən, dönüş etdi. Futbolçularıma görə şadam. İlk 60 dəqiqə bir az qoxduq. Avropada bütün komandalara qarşı açıq futbol oynaya bilmirik. Futbolda bəzən qələbə qazana bilirsən, bəzən isə şanslı deyilsən. Biz Kipri Avropda təmsil edən yeganə komandayıq, dəstək olun. Uşaqların son dəqiqələrdə etdiklərindən razıyam. Bunlar cəsarətli oyundan xəbər verir. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik. Hər kəs komanda üçün önəmlidi".